Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından ÇIXARILDI

Hazırda oxunan: Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından ÇIXARILDI

188077

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərarda deyilir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 14.1.2-ci, 14.1.3-cü və 14.1.5-ci yarımbəndləri ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli, 1 aprel tarixli 184 nömrəli və 3 aprel tarixli 196 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Dövlət Məşğulluq Xidmətinin Aparatı;”, “Dövlət Sosial Təminat Xidmətinin Aparatı;” və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatı;” sözləri çıxarılsın.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin