Viktoriya Bekhem yubileyini keçirmək üçün  şəxsi təyyarə ilə Fransaya UÇDU – FOTO 

Hazırda oxunan: Viktoriya Bekhem yubileyini keçirmək üçün  şəxsi təyyarə ilə Fransaya UÇDU – FOTO 

188060

Viktoriya Bekhemin 50 yaşını harada və necə qeyd etdiyi üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, insayderlərin “The Sun”a verdiyi məlumata görə, doğum günü qızı əri, uşaqları, valideynləri və dostları ilə birlikdə Fransanın “Kot d'Azuruna – Rivier”adakı ən qədim orta əsr şəhərlərindən biri olan “Saint-Paul del Vence” şəhərinə gediblər. 

Doğum günü məclisini isə David Beckham təşkil edib. 
Şam yeməyi ən məşhur yerli restoranlardan biri olan “La Colombe d'Or”da keçirilib. Məkan Fransanın ən prestijli restoranlarından biri hesab olunur və zəngin tarixə malikdir. Bura Bekhem cütlüyünün sevimli restoranlarından biridir. İnsayderlər şam yeməyinin qiymətini 200 funt sterlinqdən başlayaraq (təxminən 422 manat) artır. Viktoriya axşamını “zərif şərabdan, sevimli ağ balıqdan həzz alaraq və Aralıq dənizinin mənzərəsinə heyranlıqla” keçirib. 

Bekhemlər Fransaya nahar etmək üçün şəxsi təyyarə ilə cəmi bir günə uçublar. Axşam isə ailə Londona qayıdıb və Viktoriyanın yubileyini qapalı klubda qeyd etməyə davam ediblər.  









Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin