Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili seçki kampaniyasında iştirak etmək və Milli Hərəkat Partiyasının siyasi fəaliyyət komitəsinə rəhbərlik etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə hazırda həbsdə olan siyasətçi sosial şəbəkə hesabında müraciət ünvanlayıb.
“Milli Hərəkatdan xahiş edirəm ki, yaxın günlərdə partiyanın idarə heyəti yaradılsın və bu idarə heyətinin sədri vəzifəsinə mənim namizədliyimə baxılsın”, – deyə Saakaşvili qeyd edib.
O, ölkənin siyasi həyatında fəal iştirak etməyə hazır olduğunu vurğulayıb: “Çünki indi respublika üçün dönüş nöqtəsi gəlib çatıb. Ölkə üçün həlledici məqamda qürurlu, güclü xalqımızın əsas nizamı birlikdir. Mən bir şəxs və regional lider kimi bu birlik üçün hər şeyi etməyə hazıram. İlk növbədə, birlik seçkilər üçün ümumi siyahı deməkdir. Bütün əsas Avropayönlü güclər paritet əsaslarla öz nümayəndələrini bu ümumi siyahıya həvalə edəcəklər”.
Bizim.Media
- A-
- A
- A+
Region
21:23 / 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Hazırda oxunan: Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Hazırda oxunan: Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
188008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.