Dostundan Mehinə DƏLƏDUZLUQ – VİDEO 

Hazırda oxunan: Dostundan Mehinə DƏLƏDUZLUQ – VİDEO 

187972

“Çörək kəsdiyim, eyni masa arxasında oturduğum insanlar mənə pul “atıb”. Bu, çox çirkin mövzudur. Amma danışacağam. 1-2 nəfər deyil, fərqli mövzularda fərqli insanlar öz kiçik beyinləri ilə çalışırlar ki, 1 manata olan şeyi mənə 5 manata təqdim etsinlər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mehin Hümbətova sosial şəbəkədə paylaşdığı videoaçıqlamada deyib. 

Sənətçi bildirib ki, dost dediyi insanlar ona qarşı dələduzluq edib: 

“Sanki mən də heç nədən xəbərim yox imiş kimi icazə verirəm ki, səmimiyyətimdən və dostluğumdan istifadə etsinlər. O vaxta qədər ki, o məqamı araşdırıb özüm öyrəndikdən sonra... Yenə də onların üzünə vurmuram, yenə də özümü bilmirmişəm kimi göstərirəm. Özümə yaraşdırmıram, ayıbdır, mən pul söhbəti etmərəm. Amma onlar yenə də özlərinə sığışdırırlar ki, çörək kəsdikləri adama bu cür addım atsınlar.

Çox təəssüf edirəm, insan yediyi qaba tüpürməz. Əgər ortada bir dostluq varsa, bir masada əyləşib çörək kəsiriksə, hətta dostluq yoxdursa belə, hər işdə halallıq olmalıdır.

Biz hər hansı bir iş görürüksə, ortada inam etibar varsa, o etibarı sarsıtmaq olmaz. Hər dəfə mən bunu özüm-özümə deyirəm ki, yox, inanmayacağam, yenə də inanıram, eyni hal yenə mənim başıma gəlir. Buna görə çox təəssüf edirəm və o insanlara buradan “ayıb olsun” deyirəm. Onsuz da bu açıqlamanı görüb biləcəklər ki, söhbət onlardan gedir”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin