Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA/VİDEO 

Hazırda oxunan: Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA/VİDEO 

187915

Taksi avtomobillərinin kütləvi qaydada yol polisi tərəfindən cərimə meydançasına aparılması ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb. 

Videoda üzərində reklam olan avtomobillərin müvafiq sənədinin olmadığı üçün Dövlət Yol Polisi tərəfindən cərimə meydançasına aparıldığı iddia olunur. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı oxu.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb. 

İdarədən bildirildi ki, videonu paylaşan şəxsin avtomobili üzərində ötən ilə aid ödənilməmiş cərimə borcları olduğu üçün mühafizə olunan duracağa yerləşdirilib. 

Qeyd olunub ki, inzibati icraat zamanı sürücü müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitəsində reklamın yayılması və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün də inzibati məsuliyyətə cəlb edilib. 
Videonu təqdim edirik: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin