İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA 

Hazırda oxunan: İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA 

187902

“İranın nüvə obyektlərinə zərər dəyməyib”. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) öz “X” hesabında açıqlayıb.  

“AEBA İranın nüvə obyektlərinə zərər dəymədiyini təsdiq edə bilər. Agentliyin Baş direktoru Rafael Qrossi hər kəsi maksimum təmkin nümayiş etdirməyə çağırmağa davam edir və bir daha bildirir ki, nüvə obyektləri heç vaxt hərbi münaqişələrdə hədəf olmamalıdır. AEBA vəziyyəti diqqətlə izləyir”, - deyə paylaşımda qeyd olunub.  
Xatırladaq ki, bu gün dünya mediasında İsrailin İrana raket zərbəsi endirdiyi barədə məlumat yayılıb. Kəhcəvaristan şəhərində partlayış olduğu bildirilib.

Sözügedən şəhərin yaxınlığında isə hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası yerləşir. Adı açıqlanmayan iranlı məmurlar ölkə ərazisinə raket zərbəsinin endirilmədiyini, qeydə alınan partlayışların İranın Hava Hücumundan Müdafiə vasitələrinin işinin nəticəsi olduğunu qeyd ediblər. Daha sonra isə “CNN” İranın nüvə obyektlərinin İsrail zərbələrinin hədəfi olmadığı barədə məlumat yayıb. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin