"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev

Hazırda oxunan: "Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev

187813

Fransa bu gün başqa ölkələri barmaq silkələyərək müxtəlif məsələlərdə günahlandırır, amma öz gözündə olan tiri görmək istəmir. Bu gün Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır və dənizaşırı departamenti adı altında bu müstəmləkəçilik siyasətini aparır.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda aprelin 18-də parlamentdə keçirilən elmi konfransda səsləndirib.

O bildirib ki, Fransa 1873-cü ildən bəri kanak xalqını işğal altında saxlayır, onların bütün hüquqlarını pozur. 
“Fransa bu gün yeganə ölkədir ki, dünyada məskunlaşdırıcı kolonializm siyasətini davam etdirir.

Təəssüflər olsun ki, hər 10 ildə biz kanak xalqının sayının azaldığını, etnik fransızların isə çoxaldığını görürük”, - deyə T.Gəncəliyev qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin