Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi

Hazırda oxunan: Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi

187793

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə qafqazinfo.az-a onun vəkili Bəhruz Bayramov danışıb.

Onun sözlərinə görə, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.
Müdafiə tərəfi işlə tanış olub, vəsatətlərini verdikdən sonra toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin