Dünyaca məşhur repçi Kanye Uest (yeni adı “Ye”) həyat yoldaşı Byanka Sensorinin əlini paltarının altına ataraq ona cinsi təcavüz etməyə cəhd edən kişiyə hücum etməkdə ittiham olunur.
Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bir kişi hüquq-mühafizə orqanlarına Kanye Uestə qarşı şikayət ərizəsi verib və onun onu vurduğunu bildirib.
Kanyenin özü isə həmin şəxsin arvadına təcavüz etdiyini iddia edib.
“Hücum edən şəxs Byanka ilə sadəcə toqquşmadı. Əllərini paltarının altına qoydu, bədəninə toxundu, belindən tutdu, ətrafında fırladı və sonra ona havalı öpüşlər yolladı. Byanka bununla cinsi təcavüzə məruz qaldı”, - deyə Kanyenin prodüseri nəşrə söyləyib.
Bundan sonra Los-Anceles polisinin jurnalistlərə verdiyi məlumata görə, 46 yaşlı Kanye Uest hücum edən şəxsi vurub. Lakin onun tibbi yardıma ehtiyacı olmayıb.
Qeyd edək ki, Byanka Sensori ardıcıl bir neçə aydır ki, yarıçılpaq halda ictimaiyyəti şoka salır və ətək və ya alt paltarı olmadan “tayt” geyinir. Sosial şəbəkə isə ondan narahatdır. Belə ki, əksəriyyət 46 yaşlı Kanye Uestin ondan “PR” məqsədləri üçün istifadə etdiyini, onun özünün də azad iradəsini itirdiyini və ona etiraz edə bilmədiyini yazır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:31 / 18.04.2024
Kanye Uest arvadına qeyri-əxlaqi hərəkətlər edən şəxsi DÖYDÜ
Hazırda oxunan: Kanye Uest arvadına qeyri-əxlaqi hərəkətlər edən şəxsi DÖYDÜ
Hazırda oxunan: Kanye Uest arvadına qeyri-əxlaqi hərəkətlər edən şəxsi DÖYDÜ
187777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.