İDDİA: Maksim Qalkin İsraildən Kiprə qaçıb

Hazırda oxunan: İDDİA: Maksim Qalkin İsraildən Kiprə qaçıb

187724

Rusiyada “xarici agent” statusu aldıqdan sonra ölkəsindən didərgin düşən Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, yumorist Maksim Qalkin İsrailin İran tərəfindən atəşə tutulmasından sonra köçdüyü Kiprın paytaxtı Limassol şəhərinə qaçıb. 

Bizim.Media xəbər verir ki, Qalkin günortda saatlarında Limassoldakı dəniz məhsulları restoranında təkbaşına nahar edib. 

“Mash” teleqram kanalının məlumatına görə, məşhur restorana gedəndə tələsik və həyəcanlı olub. Eyni zamanda sənətçi diqqəti özünə çox cəlb etməmək üçün əlindən gələni edib. Arvadı Alla Puqaçovanın yanında olmaması isə diqqətdən qaçmayıb.  
Bu, Puqaçovanın böyük miqyasda qeyd etməyi planlaşdırdığı 75 illik yubileyinin ertəsi gününə təsadüf edib. Şənlikdə 160 nəfərin iştirakı gözlənilsə də qonaqlardan heç biri Rusiyadan qaçan estradanın “primadonnasını” təbrik etmək üçün İsrailə gəlməyib. 

Qeyd edək ki, Alla Puqaçova 2022-ci ilin fevralında ailəsi (əri Maksim Qalkin və uşaqları - əkiz Liza və Harri ilə birlikdə) Rusiyanı tərk edib. Hazırda məşhur ailə İsraildə yaşayır. Qalkin xüsusi əməliyyata fəal qarşı çıxır və Rusiya hakimiyyətinin hərəkətlərini tənqid edir. 

Ölkəsində Maksim “xarici agent” statusu qazanıb. Bir müddət əvvəl ictimai fəal və Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bildirib ki, Baş Prokurorluq onun tələbi ilə Alla Puqaçovanın “xarici agent “kimi tanınması proseduruna başlayıb. Lakin Puqaçova hələ bu siyahıya düşməyib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin