Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR - FOTO

Hazırda oxunan: Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR - FOTO

187671

Salyanın Kürsəngi kəndində bir neçə gündür ki, kəsif iyi sakinləri narahat edir.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu qəribə qoxunu sakinləri ərazidən keçən çayda qeyri-qanuni balıq ovlayan şəxslərin elektrik vasitəsindən istifadə edərək kütləvi balıq tələfinə yol vermələri ilə izah edirlər. 

Tələf olan balıqlar suyun üzərində günlərlə qaldığından ətrafı xoşagəlməz qoxu bürüyür. 

Sakinlərin dediyinə görə, bu il Kür çayında suyun həm kifayət qədər olması, eyni zamanda balıqların kürü artım mövsümü olduğundan ərazi sularında görünməmiş miqdarda balıq ehtiyatı var.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin