Azərbaycan rep aləminin "atası" sayılan mərhum Anar Nağılbazın övladları ilk dəfə efirə çıxıblar.
Bizim.Media xəbər verir ki, sənətçinin oğlu Tamerlan və qızı Şərqiyyə "Xəzər axşamı" verilişinə müsahibə veriblər.
Tamerlan atası A.Nağılbazla son görüşünü bu sözlərlə xatırlayıb:
"Yeni il günü görüşmüşdük. Hədiyyələr gətirmişdi. Həmin ərəfədə danışmırdıq. Bizi sevindirmək üçün xəbərsiz gəlmişdi. Ondan üzüyü, saatı, kitabı və albomları yadigar qalıb. Atam dünyasını dəyişəndən sonra heç bir dostu bizimlə maraqlanmayıb. Bircə Rəsul Abbasov və Ramil Nabran gəlib".
Qızı Şərqiyyə isə valideyni haqda bunları dilə gətirib:
"Onun üçün darıxmışdım, yuxuda görmüşdüm. Elə bildim Şaxta baba gəlib. Sonra anladım ki, atamdır" sözlərini əlavə edib.
Qeyd edək ki, A.Nağılbaz 2018-ci ildə xəstəlikdən vəfat edib.
- A-
- A
- A+
Şoutaym
14:34 / 17.04.2024
Anar Nağılbazın övladları ilk dəfə EFİRƏ ÇIXDILAR - VİDEO
Hazırda oxunan: Anar Nağılbazın övladları ilk dəfə EFİRƏ ÇIXDILAR - VİDEO
Hazırda oxunan: Anar Nağılbazın övladları ilk dəfə EFİRƏ ÇIXDILAR - VİDEO
187610
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.