Doğum sayı niyə AZALIR? – Sosioloqdan XƏBƏRDARLIQ 

Hazırda oxunan: Doğum sayı niyə AZALIR? – Sosioloqdan XƏBƏRDARLIQ 

187608

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu il doğulan uşaqların sayı azalıb. Belə ki, yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 17 min 81 doğulan körpə qeydiyyata alınıb. Ötən ilin eyni vaxtında isə ölkədə 19 min 158 körpə doğulub. Bu da doğulan körpələrin sayının azalması deməkdir. Rəqəmlərə baxdıqda ilbəil daha az körpənin doğulduğunu görmək mümkündür.

Həmçinin, ölkədə çoxuşaqlı ailələrin də sayı azalır. Ailələrin az uşağa üstünlük verməsinə müxtəlif səbəblər göstərirlər.

Ümumiyyətlə, indiki zamanda bu, yaxşı, yoxsa pis haldır?
 

MÖVZU İLƏ BAĞLI:

Doğum sayının azalması ilə bağlı QORXUNC STATİSTİKA – Bizi hansı fəsadlar GÖZLƏYİR?


Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, əhalinin azalmasının müəyyən sərhədi olmalıdır:

“Sosial sahənin problemləri, bu məsələdə gedən proseslərin idarə olunması, təhlil olunması başlı-başına buraxılıb. Bunlarla məşğul olan ciddi elmi və lazımi sosial işləri aparan mərkəzlər yoxdur. Ona görə də bir çox məmurlar elə bilirlər ki, fəhmlə bu işləri görmək olar. Qətiyyən belə deyil. Dünyanın ən məşhur alimləri də deyir ki, cəmiyyət mürəkkəbləşdikcə prosesləri özbaşına buraxmaq olmaz. Əvvəl oradan başlamalıyıq ki, əhalinin azalması məsləhətdir ya yox… Bunun elmi cavabı budur ki, müəyyən sərhəyə qədər azala bilər”.

Ekspert hesab edir ki, əhalinin azalması etnik tərkibin dəyişməsinə zəmin yaradır:

“Elə bir sərhəd var ki, oradan sonra əhalinin azalması məqsəduyğun deyil. Çünki əhali azalanda ölkənin etnik tərkibi dəyişməyə başlayır, başqa ölkələrdən gələnlər çoxalır. Belə olan halda da ölkənin həyatında çox böyük dəyişikliklər baş verir. Elə götürək Fransanı, baxırsan ki, ölkənin çoxu ərəbdir. İndiki Fransa yüz il əvvəlki Fransa deyil.

Azərbaycanda da bu məsələlər elmi olaraq təhil olunmalıdır ki, əhalinin artımı nə qədər olsa məqsədəuyğundur. Bunları ciddi təhlil edən yoxdur. Əvvəl normativ müəyyənləşdirmək lazımdır. Sonra ona uyğun olaraq fəaliyyət planı hazırlamaq, qanunvericilik bazası hazırlanmalıdır. Başqa tədbirlər nəzərdə tutulmalıdır ki, əhalinin artımı arzuolunan səviyyədə olsun. Avropa ölkələrində əhali artımı mənfi indekslədi. Təəssüf ki, bizdə də o proses başlayıb. Bu məsələlər hər bir ölkədə o ölkənin ərazisinə, resurslarına, qarşısındakı məqsədlərə uyğun olaraq elmi təhlil olunmalıdır. Ona görə də bunun yaxşı və pis olmasını demək çətindir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin