1 saylı tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev cərimələnib.
Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti direktora İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.
192.1-ci maddəsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Bu maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. İsmayıl Əliyevə hansı məbləğdə cərimə yazıldığı məlum deyil.
Məlum olan odur ki, direktor dövlət xidmətinin qərarı ilə razılaşmayıb. O, qərarla bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.
İsmayıl Əliyevin şikayətinə Binəqədi Rayon Məhkəməsində baxılacaq. İş hakim Vüsal Tağıyevin icraatındadır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:21 / 15.04.2024
1 saylı tam orta internat məktəbinin direktoru CƏRİMƏLƏNDİ
Hazırda oxunan: 1 saylı tam orta internat məktəbinin direktoru CƏRİMƏLƏNDİ
Hazırda oxunan: 1 saylı tam orta internat məktəbinin direktoru CƏRİMƏLƏNDİ
187343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.