Toya hazırlaşan Xəyalə Manaflı: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” – VİDEO 

Hazırda oxunan: Toya hazırlaşan Xəyalə Manaflı: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” – VİDEO 

187298

Xəbər verdiyimiz kimi, “7-17” mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb. 

Bizim.Media xəbər verir ki, iki gündən sonra toyu olacaq 39 yaşlı sənətçi nişanlısı Nurlan Rzayev adlı bəylə “Günaylı gün” verilişinin canlı efirində qonaq olub. 

Xəyalə bildirib ki, Nurlanla “TikTok” video platformasında tanış olublar: 

“Dostlarımın təqidi ilə “TikTok” platformasına girməyə, oradakı insanların istəyi ilə canlı yayım açmağa başladım. Günlərin bir günü gördüm ki, mənə şəkli, adı, soyadı olan bir insandan (nişanlısı Nurlanı nəzərdə tutur – red.) oyun oynamaq üçün təklif gəldi, mən də o təklifi qəbul etdim. Canlı yayım zamanı oyun oynadıq, normal ünsiyyətimiz alındı. Oyun oynamadan sadəcə ünsiyyət qururduq.

Hansısa mövzu ətrafında fikirlərimizi bölüşürdük, müzakirə edirdik. Sonradan gördüm ki, beynimdə tutduğum bir obraz var idi, insan xasiyyəti... Sonradan Nurlanla keçdik “WhatsApp”da mesajlaşmağa. Mənim hər zaman mühafizəkar mövqeyim vardı ki, dostluq ediriksə, yalnız dostluq edirik. Birdən bu dostluq başqa istiqamətə çevrilər. Dostluq bir gün gəldi “Mənimlə evlənərsən?” söhbətinə.
Təklif isə Nurlandan gəldi. Ona söylədim ki, məni əsla bu mövzuda tələsdirmə. Qərarım biraz gec ola bilər. Nurlan özü də dedi ki, mənə iki il lazımdır ki, buna adaptasiya olum. Mənim üçün şokdur, müğənni Xəyalə Manaflı ilə evlənmək, “götür-qoy” məsələləri... “Giləvar” adında bir mahnı yarandı... Şüvəlan dənizi sahilində Nurlan mənə evlilik təklifini etdi və bu mahnı yarandı. Nurlan bərbərdir”. 

Xəyalənin nişanlısı Nurlan bu münasibətin alınacağına çox çətinliklə inandığını söyləyib: 

“Ümumiyyətlə, mən hər zaman əlçatmaz olana qaçmışam. Varlanaraq əlin onlara çata bilər... Sadə bir insanın Xəyalə Manaflıya əlinin çatmağı müşkül məsələ idi. Çətin oldu, amma oldu”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin