Professordan viruslarla bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Professordan viruslarla bağlı XƏBƏRDARLIQ

187292

Son illər hər dəfə müxtəlif viruslara yoluxuruq. Məşəqqətli müalicə prosesindən sonra isə sağalırıq. Bəzən sağalmağımıza baxmayaraq, xəstəliyin fəsadlarını uzun müddət hiss edirik.

Bəs, maraqlıdı viruslar orqanizmimizdə hansı izləri qoyur?

Mövzu ilə bağlı Bizim.Media-ya tibb məsələləri üzrə ekspert, həkim Adil Qeybulla danışıb. O bildirib ki, səhhətimizə qarşı çox diqqətli olmalıyıq, çünki qalıcı izlər qaçılmazdır:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Meymun” virusu yayıla bilər? - VİDEO


“Viruslar həyatın qeyri-hüceyrəvi formasıdır. Yəni viruslar hüceyrə deyil. Bunların hüceyrəyə xas ayrıca nüvəsi, sitoplazması yoxdur. Viruslar hüceyrə kimi bölünüb çoxalmır. Onlar öz surətlərini yaradırlar, buna “replikasiya” deyirlər. Viruslar yalnız hüceyrənin resurslarından faydalanırlar, daxildə artıb çoxalmaq üçün orqanizm onlara ən uyğun mühitdir. Viruslar artıb çoxaldıqca orqanizmin resurslarını xərcləyirlər. Əks halda kənarda çoxala bilməzlər. Buna görə də orqanizmə daxil olduqda müxtəlif təsirlər edirlər. 

Pandemiyada biz gördük ki, koronavirus insan orqanizmində nə qədər təlatümlər yaratdı. Pandemiyadan sonra xərçəng və müxtəlif xəstəliklərin çəkisi bir neçə dəfə artdı. Viruslar orqanizmə dağıdıcı təsirlər göstərirlər. Onlar orqanizmdə çox dərin izlər buraxırlar. Təəssüf ki, hamısını tam araşdırmaq mümkün deyil”. 

Professor əlavə edib ki, pandemiyadan sonra dünyada çox geniş tədqiqatlar başlayıb:

“Nəticələri çox güman ki, bu il və ya gələn ilin əvvəlində biləcəyik. Viruslarla mübarizədə vaksinasiya imkanlarından istifadə edib qorunmaq lazımdır. Hansısa virusa qarşı vaksin varsa, onu vurdurmaq mütləqdir. Nümunə üçün deyim ki, Hepatit B virusunun vaksini var. Bu virus demək olar ki, sağalmır, qaraciyər serrozunu yaradır. 

Bəzi viruslar var ki, onlar onkogendir. Məsələn, insan papilloma virusu qadınlarda ginekoloji xərçəng yaradır. Viruslar hüceyrələrdə etdikləri dəyişkliklər nəticəsində mutasiya törədə bilərlər. Bu baxımdan mümkün qədər xəstələnməmək lazımdır. Xəstələnən təqdirdə rejimə diqqət etmək lazımdır ki, orqanizm viruslarla mübarizə apara bilsin. Əsas odur ki, xəstəlik ağırlaşmasın. Ağırlaşmış xəstəlik orqanizmdə ciddi izlər buraxır”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin