Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarında" dəyişiklik olunur.
Dəyişikliklə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr" fəslindən "Dihidrokodein" və "Properidin" çıxarılıb.
Digər dəyişikliklə isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr" fəslinə "Dekstrometorfan" (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır) əlavə olunur.
Bizim.Media
- A-
- A
- A+
COP29
16:02 / 15.04.2024
Bu dərmanlar narkotik vasitələrin siyahısından ÇIXARILDI
Hazırda oxunan: Bu dərmanlar narkotik vasitələrin siyahısından ÇIXARILDI
Hazırda oxunan: Bu dərmanlar narkotik vasitələrin siyahısından ÇIXARILDI
187289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.