Qazilər nazirlik qarşısında aksiya keçirdi

Hazırda oxunan: Qazilər nazirlik qarşısında aksiya keçirdi

18728

Qarabağ müharibəsində sağlamlığını itirən 10-a yaxın qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib.

Bizim.Media xəbər verir ki, qazilər onlara göstərilən biganəlikdən şikayətləniblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, qaziləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və digər aidiyyəti rəsmilər qəbul edib.

F.Talıblının sözlərinə görə qazilərin şikayətləri dinlənilib. 

“Müraciətlərinin bir hissəsi əlillik dərəcələrinin meyarları ilə əlaqəli olub. Nazirlik qanunvericiliyə uyğun olaraq əlillik qruplarına təyin edir. Bununla bağlı qazilərə qanunvericiliyin şərtləri izah edildi. Qazilərin təklifləri əsasında aidiyyəti qurumlarla müzakirələr aparılacaq».

Şöbə müdiri bildirib ki, qazilərin məşğulluq məsələsi ilə bağlı da müzakirələr aparılıb:

«Müraciətlər yerindəcə qeydə alındı və uçota götürüldü. Qazilərimiz uyğun işlərlə təmin ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin