Azərbaycan digər neft-qaz ölkələri üçün örnək olacaq - Muxtar Babayev

Hazırda oxunan: Azərbaycan digər neft-qaz ölkələri üçün örnək olacaq - Muxtar Babayev

187257

“Düşünürəm ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək”.

Bizim.Media xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev deyib.

“Bu gün Azərbaycanın hədəflədiyi yaşıl artım proqramları və icra olunmuş layihələr göstərir ki, ölkə və cəmiyyət olaraq biz bu baxımdan kifayət qədər təcrübəyə sahibik.

Azərbaycan region və eləcə də digər neft-qaz ölkələri üçün də örnək olacaq. Ona görə ki, Azərbaycanda qəbul olunmuş proqramlar, 2030-cu ilə qədər hədəflənmiş 30 faizə qədər alternativ enerji mənbələrinin yaradılması, yaşıl artımla bağlı proqramların icrası və digər təcrübələrimizi də ölkələrlə bölüşməyimiz üçün COP29 tədbiri yaxşı bir fürsət olacaq”, - deyə o qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin