Azərbaycan dövləti Bəxtiyar Hacıyevə 12 min avro ödəyəcək

Hazırda oxunan: Azərbaycan dövləti Bəxtiyar Hacıyevə 12 min avro ödəyəcək

18722

“Avropa İnsan Hüquqları Məhkəməsi bu gün mənim şikayətim əsasında Azərbaycana qarşı növbəti qərarını açıqlayıb.”

Bizim.Media-nın məlumatına görə, bu barədə ictiai fəal Bəxtiyar Hacıyev feysbuk səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

REAL partiyasının rəhbərliyi digər partiyaları qıcıqlandırdı – Bəxtiyar Hacıyevdən AÇIQLAMA


Bildirib ki, məhkəmə "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsinin Azərbaycan dövləti tərəfindən pozulması faktını tanıyıb.

B.Hacıyevin sözlərinə görə, Avropa Məhkəməsi dəymiş mənəvi zərərə görə Azərbaycan dövlətinin  ona 12.000 avro kompensasiya verməsinə qərar verib. O, qeyd edib ki, dövlət bu kompensasiyanı növbəti 3 ay ərzində ödəməlidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin