ABŞ-ın baş kəşfiyyatçısı türkiyəli həmkarından nəyi istəyib?

Hazırda oxunan: ABŞ-ın baş kəşfiyyatçısı türkiyəli həmkarından nəyi istəyib?

187178

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalınla ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında telefon danışığı olub.

Bizim.Media “TRT Haber” telekanalına istinadən xəbər verir ki, Amerika kəşfiyyatının başçısı bayram günü türkiyəli həmkarına zəng edərək ondan “İranın İsrailə hücumu iddiaları ilə bağlı vasitəçi olmasını istəyib”.

Eyni zamanda, Kalın və Börns Qəzzada atəşkəs danışıqları ilə bağlı da fikir mübadiləsi aparıblar.

Kalın telefon danışığından sonra HƏMAS nümayəndələri ilə təmasda olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin