İsrail Prezidenti İsxak Hersoq İranın İsrailə hücumunu müharibə elanı adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində bildirib.
“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, – Hersoq vurğulayıb.
Bununla yanaşı, Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb:
“Biz həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən, əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam”.
“Biz müharibəyə can atmırıq”, – siyasətçi vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:51 / 14.04.2024
“Vətəndaşlarımızı qorumaq üçün hər şeyi edəcəyik” - İsrail Prezidenti
Hazırda oxunan: “Vətəndaşlarımızı qorumaq üçün hər şeyi edəcəyik” - İsrail Prezidenti
Hazırda oxunan: “Vətəndaşlarımızı qorumaq üçün hər şeyi edəcəyik” - İsrail Prezidenti
187170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.