Həkimdən XƏBƏRDARLIQ: “Bu simptomlar prostat xəstəliyinin əlamətləridir” – VİDEO 

Hazırda oxunan: Həkimdən XƏBƏRDARLIQ: “Bu simptomlar prostat xəstəliyinin əlamətləridir” – VİDEO 

186996

“Prostat vəzidə yaranan problemi öz-özünə müalicə ilə aparmaq çox təhlükəli və olduqca risklidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri cərrah-uroloq, androloq Zəbur Bağırov qonaq olduğu “Yaşamaq gözəldir” sağlamlıq verilişində deyib.  

“Prostatitin müalicəsi o qədər də çətin proses deyil. Sadəcə həmin vaxt üzərinə düşmək və müalicə etmək lazımdır. Prostatitlər kəskin bakterial, xroniki və ya bakterial olmaya bilər. İnsanlar düşünürlər ki, hər hansısa aktibiotik dərman istifadə etməklə iltihabı prosesə son qoya və beləcə sağala bilirlər. Amma bu belə deyil. Çünki xəstəlik xroniki formaya keçir və bunun müalicəsi aylarla davam edə bilir. 

Hər bir infeksiyaya təsir edəcək bir antibiotik var. Biz həmin bakteriyanı aydınlaşdırırıq və ona təsir edəcək antibiotik veririk. Onun-bunun məsləhəti ilə alıb istifadə edəcəyi antibiotik isə elə bir səviyyəyə çatır ki, bizim ona verəcəyimiz antibiotikin təsir müddəti uzanır və ya təsiri zəyifləyir”. 

Zəbur Bağırov verilişdə prostat vəzinin xəstəliyi zamanı yaranan simptomlarından da söz açıb: 

“Prostat vəzi rutin olaraq böyüməlidir. Bu Allahın qoyduğu bir qaydadır. Yaşa uyğun olaraq prostat vəzi böyüməlidir. Bunun isə heç cürə qarşısını ala bilmərik. Sadəcə özümüzü qoruya bilərik. Yaşıl çay içə, balqabaq tumundan hazırlanmış xörəklərdən istifadə, beton və ya daş üzərində oturmamaqla prostatın böyüməsini əngəlliyə bilərik. 

Prostat vəzi kiçik bir vəzdir. Sidik kisənin altında, düz bağırsağın önündə yerləşir. Belə olan halda sidik ifrazı zamanı onun önü böyüdükcə önünü tıxayır. İlkin əlaməti isə, gecələr sidik ifrazının artmasıdır. Bu şəxslər sidiyə tez-tez gedir, hətta 7 dəfəyə qədər artır. Bəzən insan sidik ifraz etməyə çatdıra bilmir və ya gedib-gələndən sonra hiss edir ki, sidik kisəsi boşalmayıb. Bu məqamlar olduqda zamanında həkimə müraciət etmək lazımdır. 

Bəzən də prostat vəzi simptomsuz böyüyür. Belə olan halda daha təhlükəlidir. Çünki prostat vəzi xərçəngi simptomsuz olur. Kapsuldan çölə doğru böyüyür. Xoşxassisəli şiş içəriyə doğru böyüdüyü üçün sidik kanalının önünü tıxayır və sidik boşala bilmir. Belə hallarda ağırlaşmadan əlavə, geri dönülməyəcək fəsadlar ola bilir. 
Prostatın önünü tıxadıqca əzələ “yorulur” və “atma” funksiyası olmur. Bu şəkildə prostat müalicə olunmasa, sidik kisəsi həddən artıq böyüyür. Hətta sidik kisəsindən əlavə daha bir sidik kisəsi “ciblər” yarana bilər. Sidik çıxa bilmir, içəridə özünə yer axtarır. İstər istəməz böyüyür və şar effekti verir. Daha sonra isə böyrəklərə fəsad verir. Böyrəkdən süzülən sidik kanal vasitəsi ilə gəlib sidik kisəsinə çatmalıdır. Amma ora dolu olduğu üçün yuxarıya doğru qalxa bilir. 

Hətta pielonefritə (ən çox təsadüf olunan böyrək xəstəliyi olub, eyni zamanda yuxarı qol qıç ayaq katarından sonra bütün xəstəliklər arasında tezliyinə görə ikinci yerdədi. Bu xəstəlik həyati təhlükəlidir. Getdikcə digər orqanların da sıradan çıxması ilə nəticələnə bilə - red.) çata bilir. Zamanında həkimə müraciət olunmasa, bu fəsadlar ola bilər”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin