Elza efirdə QƏZƏBLƏNDİ: “Qızların “tərəkəmə”, oğlanların isə “oriyental” rəqs etməsi faciədir” - VİDEO

Hazırda oxunan: Elza efirdə QƏZƏBLƏNDİ: “Qızların “tərəkəmə”, oğlanların isə “oriyental” rəqs etməsi faciədir” - VİDEO

186993

Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan efirdə kiçik yaşlı qızın “Tərəkəmə” rəqsini oğlan kimi oynamasına qəzəblənib. 

Bizim.Media xəbər verir ki, qalmaqallı hadisə “Yaxşı deyək, yaxşı eşidək” verilişində baş verib.  
Seyidcahan milli rəqslərimizdə qızların və oğlanların rəqsinin fərqli olduğunu söyləyib. Müğənni qızların oğlan, oğlanların isə qız kimi rəqs etməsini “faciə” adlandırıb: 

“Bu çərxi-fələk tərsinə dövran edir. İndi qızlar oğlan, oğlanlar qız olur. Bu “Tərəkəmə” rəqsini Xalq artisti, rəqqasə Roza Cəlilova belə oynayırdı? Bunu sənə kim öyrədib? Sən oğlansan? Oğlanlar indi oriyental rəqs edirlər. Bunu isə biz bəzi məclislərdə görürük. 

Bəzi müəllimlər uşaqları bədbəxt edirlər. Biabırçılıqdır. Bu cür gözəl qızı ediblər oğla. Bu cür incə rəqsi nə günə qoyublar? Ana-ata da bilmir, fəxr edirlər ki, bizim qızımız oğlan kimi oynayır. Kişlərin və qızların rəqsi ayrıdır. Roza Cəlilova 90 yaşında elə rəqs edir ki... Bu gördüyümüz faciədir. Deyirlər Elza təhqir edir. Təhqir edirəm ki?” 

Elzanın bu çıxışına isə Əməkdar artist  Mehriban Xanlarova da haqq qazandırıb.  
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin