Koronavirus xəstələrindən pul aldığı üçün saxlanılan baş həkim - DOSYE

Hazırda oxunan: Koronavirus xəstələrindən pul aldığı üçün saxlanılan baş həkim - DOSYE

18699

Xəbər verdiyimiz kimi, koronavirus xəstələrini rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsinə görə onların yaxınlarından rüşvət alan “Yeni klinika”nın direktoru Pərviz Akif oğlu Abbasov Baş Prokurorluq tərəfindən saxlanılıb.

Bizim.Media-nın məlumatına görə, Pərviz Akif oğlu Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olub.  Orta təhsilini 1987-1997- ci illərdə alıb.  2003-cü ildə  Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsini  oranı bitirib.

Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində Aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində davam etdirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Yeni klinika”nın direktoru həbs edildi - Baş Prokurorluq dəhşətli faktları AÇIQLADI 


2008-ci ildə tibb üzrə fəsəfə , 2016 –cı ildə isə tibb üzrə elmlər doktoru olub. 2014- cü ildə “Elmi fəaliyyətinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilib.

Elmi tədqiqat işi:

2008- tibb üzrə fəsəfə doktoru

Mövzu- "Qaraciyər exinokokkozunun müalicəsi və residivlərin profilaktikası üsullarının yaxşılaşdırılması”.

2016 - tibb üzrə elmlər doktoru

Mövzu- "Qaraciyər transplantasiyasından sonrakı ağırlaşmalardan mikro element sistemin və vaskulyar hemodinamikanın rolu”.

Elmi fəaliyyəti

AMAJ jurnalı, redaksiya heyəti üzvü, ümumi cərrahiyyə üzrə eksperti

2014 fevral- "Elmi fəaliyyətinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif olunmuşdur.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin Qrand Layihələri Müsabiqəsinin qalibi olmuşdur.

2009- 2018 - ATU- nun "Cərrahiyyə” üzrə Aprobasiya Şurasının üzvü və elmi katibi

2013- 2018 - ATU-nun "Cərrahiyyə” üzrə "Problem Komissiyasının” üzvü

2012- 2016 illər. Beynəlxalq jurnalların nəşriyyat sistemində ümumi cərrahiyyə sahəsində-ekspert(hakim)

2009-cu ildən, ATU- nun "Cərrahiyyə” üzrə Aprobasiya Şurasının üzvü

2003- 2021-cı illər ərzində 16 xarici ölkədə 54-dən artıq Beynəlxalq Konqress, konfrans və s. iştirak etmiş, 13 çıxış və 25-dən artıq poster çıxışı etmişdir. 3 beynəlxalq və 4 milli konfransda sədrlik etmişdir. 90-dan artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.

İş fəaliyyəti:

2020-ci ildən, Yeni Klinikanın Direktoru

2020-ci ildən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, şəxslərə göstərilən Tibbi Xidmətin Təkmilləşdirilməsi və ölüm Hallarının təhlili komissiyasının sədri

2019-cu ildən, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Müşahidə Şurasının üzvü

2019-cu ildən, komissiyasının üzvü

2017- 2018-ci illərdə, Caspian İnternational Hospital, Baş həkim kimi çalışmışdır.

2012-2014-cü illərdə, Türkiyə Cümhuriyyəti, İnönü Universiteti, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrası, Gastroenteroloji, Bariatrik və Metabolik Cərrahiyyə Bölməsi

2014- 2017-ci illərdə, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, Cərrahiyyə şöbəsi

2003-2019-cu illərdə, ATU- nun II Cərrahi xəstəliklər kafedrasında: 5 N- li Baki Şəhər Xəstəxanası I Cərrahiyyə şöbəsi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin