Nizami Rəmzinin qızı Reyhan: "Anam məni bir kişiyə satmışdı" – VİDEO 

Hazırda oxunan: Nizami Rəmzinin qızı Reyhan: "Anam məni bir kişiyə satmışdı" – VİDEO 

186957

"Anam məni bir kişiyə yüksək məbləğə satmışdı. Bununla bağlı mənim az yaşlı olduğuma görə qapımıza polislər çox gəlirdi. Onlar məndən izahat almaq istəyirdilər. Mən isə heç bir izahat vermədim, nə də ki kişidən şikayətçi olmadım. Onu həbs etsəydilər, anamı da həbs edəcəkdilər. Anamın bu işdə marağı vardı. Çünki ortada böyük məbləğdə pul var idi".

Bizim.Media xəbər verir ki, bu sözləri 24 ildir alkoqol və narkotik asılılığından əziyyət çəkən mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində deyib.

6 aydır reabilitasiya mərkəzlərinin birində müalicə olunan Reyhan çətin keçən həyatından bəhs edib. O bildirib ki, narkomaniyaya düçar olmazdan əvvəl Rusiyaya toylara gedib:

"Kim istəyər, narkomanın həyatını yaşamaq?! Mən bilərəkdən özümü o həyata salmazdım. Gül kimi toylarda oxuyurdum. Rusiyaya məclislərə gedib, pulumu qazanırdım. Heç kimə ehtiyacım olmayıb. Uşaqlıqdan işləyib pul qazanmışam. Yəni mən gözləməmişəm ki, kimsə mənə gətirib pul versin. Xoşum gəlir, özüm işləyim və özüm qazanım. 

Amma heç kim bu həyatda heç nədən sığortalanmayıb. Ana dünyaya oğlan övladı gətirəndə gələcəkdə kişi olub-olmayacağına sığortalanmır. Bilirəm ki, məni qınayanlar çoxdur. Mən Nizami Rəmzinin adını sadəcə atam kimi deyil, dahi bir sənətkar, ustad kimi çəkirəm. Mən nə karəyəm ki, onun adına zərər gətirim. Öz həyatımı yaşayıram. Atamın ruhu şad olar, yəqin (ağlayır). Bu dəqiqə heç kimi axtarmıram".

Qeyd edək ki, şair və meyxanaçı Nizami Rəmzinin qızı Heyran bir neçə gün əvvəl “Elgizlə izlə” ictimai-sosial verilişinin efirinə çıxaraq Reyhandan DNT analizi tələb edib. 

Buna səbəb Reyhanın N.Naiboğluya müsahibəsi zamanı söylədiyi “Mənim heç bir qohumum, yaxınım yoxdur” sözləri olub. Heyran isə Reyhana mütamadi olaraq maddi dəstək durduğunu və “Madəm ki, bu qədər yaxşılıqdan sonra Reyhan məni yaxını kimi qəbul etmir məndə onu atamın qızı kimi qəbul etmirəm” fikirləri olub. 
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin