Xronika: “Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir” - VİDEO

Hazırda oxunan: Xronika: “Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir” - VİDEO

186928

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “Ermənistan Azərbaycana qarşı iddialarını yenidən irəli sürəcək...” adlı analitik süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, verilişdə bu il aprelin 5-də Brüsseldə keçirilən Ermənistan, Avropa İttifaqı və ABŞ formatındakı görüşün Cənubi Qafqazda yeni siyasi şərtlərin başlanğıcı olduğu, görüşdə Ermənistan iqtisadiyyatının “inkişafı” məsələlərinin müzakirə olunduğu bildirilib.

Qeyd olunub ki, Ermənistana ayrılan 270 milyon avro, 65 milyon dollar gerçək planların kamuflyajıdır:

“Avropa İttifaqı və ABŞ onsuz da hər il Ermənistana maliyyə yardımı ayırır. Təbii ki, Brüssel görüşünə iqtisadi fon verildi, gerçək hədəf Ermənistana hərbi dəstəklə bağlı razılaşma idi. Artıq Ermənistanın bütün sərhədboyu ərazilərdə atəş açması bölgədə eskalasiya mərhələsinin yenidən başlaması perspektivindən xəbər verir. Bəllidir ki, Qərbin hədəfi Rusiyadır, amma Moskvaya qarşı siyasətdə Azərbaycan da hədəflər arasında olması riski var. Proseslər Cənubi Qafqazda böyük, həm də həlledici qarşıdurmanın olacağı istiqamətində inkişaf edə bilər. Bu situasiyada itirən və dağılan isə Ermənistan olacaq”.

Diqqətə çatdırılıb ki, Ermənistanda gedən müzakirələr də 5 aprel görüşünün onlar üçün dağıdıcı gələcək vəd etdiyi yönündədir. Erməni mediası və ekspertlərin əsas fikri belədir ki, Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir və baş verə biləcək hərbi toqquşma rəsmi Bakının Qərbi Azərbaycan planının reallaşması ilə nəticələnə bilər. Ermənistandakı müzakirələr göstərir ki, onlar Qərbi Azərbaycan reallığına etiraz etsələr də, bu reallığı tədricən qəbul etməyə də başlayıblar.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycan bir gün azad olunacaq, həmin gün çox da uzaq görünmür, proseslərin inkişafı da bu yöndə sürətlənib.


Daha ətraflı videomaterialda: 

 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin