Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyadan gələn raket-nüvə təhlükəsi fonunda ABŞ-nin təyyarədaşıyan gəmisinin iştirakı ilə üçtərəfli hərbi dəniz təlimləri keçiriblər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Təlimlər 11-12 aprel tarixlərində Cənubi Koreyanın Çedjudo adasının cənubunda beynəlxalq sularda baş tutub. Təlimlərdə ABŞ-nin nüvə təyyarədaşıyan gəmisi “Theodore Roosevelt” də daxil olmaqla ümumilikdə 6 gəmi iştirak edib.
Məlumata görə, təlimlər Şimali Koreyadan artan raket və nüvə təhlükəsinə reaksiya verilməsi məqsədilə üç ölkənin birgə imkanlarının təkmilləşdirilməsi məqsədi daşıyıb: “Manevrlər 2023-cü ildə Kemp-Deviddə keçirilən ABŞ-Cənubi Koreya-Yaponiya sammitində razılaşdırılan üçtərəfli təlimlər üzrə uzunmüddətli plana uyğun olaraq həyata keçirilib”.
Bizim.Media