Məhkəmə azyaşlıya təcavüz edən şəxslə bağlı qərar VERDİ

Hazırda oxunan: Məhkəmə azyaşlıya təcavüz edən şəxslə bağlı qərar VERDİ

186917

Nizami Rayon Məhkəməsində 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə təqsirləndirilən şəxsə hökm oxunub.

Bizim.Media “unikal.az”a istinadən xəbər verir ki, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şirvan sakini olan, əvvəllər oğurluq maddəsi ilə məhkum olunmuş 22 yaşlı Ceyhun adlı şəxs Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, zərərçəkmiş qismində tanınan Natella şikayətçi olmadığını bildirib və məhkəmədən təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edib. 
İttiham aktına görə, ötən ilin iyun ayında Ceyhun dostu Naillə birlikdə çimərliyə gedərkən yolda ona “TikTok” sosial şəbəkəsindən tanış olduğu Amina (ad şərtidir) adlı qız zəng edib. Nail ona birlikdə çimərliyə getməyi təklif edib. Amina isə Nailə rəfiqəsi Natella (ad şərtidir) ilə birgə gəlmək istədiyini bildirib. Onlar razılaşıblar və dostlar qısa müddət sonra qızları Yasamal rayonundan götürüb çimərliyə gediblər. 

Çimərlikdə birlikdə dincəldikdən sonra Nailin Nizami rayonunda kirayə yaşadığı mənzilə gəliblər. Bir müddət deyib-güldükdən sonra Natella yataq otağında Ceyhunla öz razılığı ilə cinsi əlaqədə olub. Belə ki, Natella ona 15 yaşının olduğunu bildirib. Hətta Nail ilə Amina da onların necə cinsi əlaqədə olmalarının şahidi olublar. Sonra Nail taksi çağırıb və qızları öz evlərinə yola salıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin