Məşhur italiyalı dizayner Roberto Kavalli VƏFAT EDİB

Hazırda oxunan: Məşhur italiyalı dizayner Roberto Kavalli VƏFAT EDİB

186912

Dünyaca məşhur italiyalı dizayner Roberto Kavalli 83 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Modelyer-dizaynerin ölüm səbəbləri açıqlanmayıb.

Dizayner dünyaya 1970-ci illərdə Florensiyanın Osmannoro şəhərində açılan və öz adı ilə adlandırdığı Roberto Kavalli (Roberto Cavalli) İtalyan lüks moda şirkəti ilə səs salıb.
Dəri və tekstil üzərində heyvan izləri ilə tanınan bu brend hazır geyim və aksessuarlar, o cümlədən çantalar, gözlüklər, saatlar, ayaqqabılar, ətirlər və zərgərlik məmulatları istehsal edir və dünya bazarına çıxarır. 

Şirkət həmçinin yüksək səviyyəli binalar və otellər üçün interyer dizayn layihələrində iştirak edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin