Tacikistan prezidenti mayın axırı Azərbaycana SƏFƏR EDƏCƏK

Hazırda oxunan: Tacikistan prezidenti mayın axırı Azərbaycana SƏFƏR EDƏCƏK

186890

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Tacikistan XİN məlumat yayıb.

Bildirilib ki, səfər barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdə məlumat verilib:

“Azərbaycan və Tacikistan XİN başçıları həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistanın mədəniyyət günləri, Tacikistan kinosu günləri və Azərbaycan-Tacikistan biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”.
Qeyd edək ki, görüş Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin