“Kiyevin işğalı ABŞ üçün Vyetnam müharibəsindən də böyük fəlakət olacaq” - Boris Conson

Hazırda oxunan: “Kiyevin işğalı ABŞ üçün Vyetnam müharibəsindən də böyük fəlakət olacaq” - Boris Conson

186842

“Kiyevin Rusiyanın nəzarətinə keçməsi ABŞ üçün 1957-1975-ci illər Vyetnam müharibəsindən daha pis fəlakət olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın Corctaun Universitetinin tələbələri ilə görüşündə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

Conson deyib ki, Kiyevin Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ABŞ-ın dünya səhnəsindəki reputasiyası üçün “fəlakət” olacaq və bu, “Amerika rəhbərliyi üçün Vyetnam müharibəsindən daha ağır olacaq”.

Bununla əlaqədar, o, ABŞ-ın Konqresdəki Respublikaçılar Partiyasının nümayəndələrinin Ukraynaya yeni hərbi yardım paketinin ayrılmasına tez bir zamanda razılıq verməsi üçün "dua etdiyini" söyləyib: 
“Çünki vəziyyət acınacaqlıdır və gecikmənin miqyası dəhşətlidir”.

Xatırladaq ki, daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla Ukraynaya yardımla bağlı müzakirələrin planlaşdırıldığı görüşdən imtina edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin