Müğənni Safura Əlizadə həyat yoldaşı, iş adamı Fərhad Əliyevlə Ramazan bayramında Qətərə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi əri ilə axşam saatlarında paytaxt Dohada gəzintiyə çıxıb.
Mərkəzi küçələri dolaşan Safura həyat yoldaşı Fərhadla çəkdiyi foto və görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, S.Əlizadə və F.Əliyevin 3 övladı var. Fərhad sabiq sənaye və energetika naziri Natiq Əliyevin oğludur. Safura 2010-cu ildə Azərbaycanı “Drip-drop” mahnısı ilə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edib.
Rəşad Əliyev, Bizim.Media