Yapon yeninin məzənnəsi son 34 ilin ən aşağı həddinə düşdü

Hazırda oxunan: Yapon yeninin məzənnəsi son 34 ilin ən aşağı həddinə düşdü

186741

Aprelin 11-də Yaponiyanın milli valyutası olan yenin məzənnəsi Nyu-Yorkda keçirilən hərraclarda 1990-cı ilin iyunundan bəri ən aşağı həddə düşüb. Nyu-York hərraclarında 1 ABŞ dollarının mübadiləsi 153,14-153,24 yen, Tokioda isə 151,84-151,85 yen intervalında aparılıb.

Bizim.Media xəbər verir ki, buna səbəb ABŞ-da istehlak qiymətləri indeksinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artması göstərilir. İnvestorların ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin aşağı salınmasını ertələyəcəyinə dair gözləntiləri daha da çoxalıb.

Buna görə də onlar aktivlərin yapon yeni ilə deyil, dollarla saxlanmasına üstünlük verməyə başlayıblar.

Qeyd edək ki, Yaponiya Mərkəzi Bankı son 17 ildə ilk dəfə faiz dərəcələrini artırsa da, hələlik yumşaq mövqe tutacağını açıqlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin