Qəddafinin qızı “qara siyahı”dan çıxarıldı - Avropa İttifaqından GÖZLƏNİLMƏZ ADDIM

Hazırda oxunan: Qəddafinin qızı “qara siyahı”dan çıxarıldı - Avropa İttifaqından GÖZLƏNİLMƏZ ADDIM

18660

Avropa məhkəməsinin qəbul etdiyi qərar əsasən Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişənin adı Avropa İttifaqının “qara siyahı”sından çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Liviyanın “Al Wasat” xəbər portalı xəbər verib.

Avropa məhkəməsi hesab edir ki, Aişə artıq beynəlxalq sülhə və bölgədəki təhlükəsizlik üçün təhdid yaratmır.

Qeyd olunub ki, Aişə uzun müddət Liviyada yaşamadığı üçün ölkənin siyasi proseslərində iştirak etməyib.

44 yaşlı Aişə Qəddafi hazırda Omanda yaşayır. Onun adı Aİ-nin “qara siyahı”sına 2011-ci ildə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin