Rusiyanın Kemerovo vilayətində Tom çayı üzərində insanların olduğu körpü uçub.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, insidentə donmuş çayların buzunun açılması səbəb olub.
Çayda suyun səviyyəsinin qalxması səbəbindən körpüdə hərəkət fövqəladə hadisədən bir neçə gün əvvəl dayandırılıb. Sakinlərin heç də hamısı qadağaya əməl etməyib və təhlükəli keçiddən istifadə etməyə davam ediblər.
Xoşbəxtlikdən xəsarət alan olmayıb və insanlar sahilə çıxarılaraq tibbi yardım göstərilib.
Bizim.Media