Nəzakət: "Efirdə bədənini göstərən ifaçılar gənclərin musiqi zövqünü korlayır" – VİDEO

Hazırda oxunan: Nəzakət: "Efirdə bədənini göstərən ifaçılar gənclərin musiqi zövqünü korlayır" – VİDEO

186581

“Çox əfsuslar olsun ki, bayağılıq təbliğ olunur. Biz gözümüzü açanda Şövkət Ələkbərova, Arif Babayev, Hacıbaba Hüseynov kimi bir çox korifey sənətkarlarımızla musiqi zövqümüzü püxtələşdirmişik. Bacımın nəvəsi bir bayağı ifaçının adını çəkib deyir ki, “Ona bənzəmək istəyirəm”. Deyirəm ki, qızım, niyə? O qədər onları təbliğ edirlər ki. Özümüzdən süni şəkildə çox uzaqlaşmışıq".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Sənətkar bildirib ki, bayağı ifaçıların və bayağı mahnıların sürətlə populyarlaşmasında ən böyük səbəbkar efirlər və verilişlərdir:

"Muğam yeri ayrı, efir yeri ayrıdır. Biz bəstəkar mahnıları, xalq mahnıları ifa edirik. Simaları ilə bədənlərini göstərmək, mənə elə gəlir ki, bizi bir az geri atır. Gənc nəslin musiqi zövqü korlanır”.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin