Tarixə qovuşan KİNOTEATRLAR – Bölgələrimizdə onların bərpası DÜŞÜNÜLÜRMÜ? 

Hazırda oxunan: Tarixə qovuşan KİNOTEATRLAR – Bölgələrimizdə onların bərpası DÜŞÜNÜLÜRMÜ? 

186557

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə sadəcə xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdilər. Lakin indi nə kino var, nə də kinotear...Heç olmaya tarixi əhəmiyyəti olan kinoteatrların binalarından da əsər-əlamət qalmayıb. İstifadəyə yararsız olan bəzi binalar ya xarabalığa çevrilib, ya təyinatı üzrə dəyişdirilib, ya da yerində yaşayış evləri tikilib. İnsanlar həm əli aşından, həm də vəli aşından olublar...

Maraqlıdır, rayon və kəndlərimizdə kinoteatrların bərpası düşünülürmü?

Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, rayonlardakı kinoteatrlar özəlləşdirilməyə verilib:

“Bir neçə kinoteart binası istisna olmaqla rayonlarda yeləşən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kinotearlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə özəlləşdirməyə açılıb və özəlləşdirilib. Təmiri və yenidən qurulması əsaslı vəsait qoyuluşu tələb edən, hazırda Nazirliyin balansındakı kinoteatrların bərpası diqqətdə saxlanılır və gələcəkdə bu istiqamətdə müvafiq işlərin görülməsi nəzərdə tutulub”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa isə bildirib ki, rayonlarda nəinki kinoklublar, mədəniyyət mərkəzləri də funksional fəaliyyətində müəyyən çətinliklərlə qarşılaşıblar:

“Birinci növbədə kinoteatrlar özəlləşdirilib təyinatı üzrə uzun müddətə sahibkarlara verilməli idi ki, onlar həm gəlir qazansınlar, həm də əhalinin mədəni və sosial aktivliyinə kömək eləsinlər. Bu, olmadı. Çünki Dövlət büdcəsindən bura konkret Nazirlik vasitəsilə vəsait ayrılmır. Buna görə də həmin ərazilər xaraba vəziyyətində qalır”.

Komitə sədri qeyd edib ki, rayonlarda yeni tikilən infrastrukturu, gənclər evini də işlədə bilmirlər: 

“Heç birinin ciddi funksional fəaliyyətini təmin etmək olmur. Yəni bütövlükdə digər sahələrdə də problemlər var. Həm qızdırıcı sistem, həm də vətəndaşın böyük əksəriyyətinin mədəni infrastruktur barədə tələbi, kino, teatr ənənəsi yoxdur. Biz bunu ciddi problem olaraq görürük. Mədəni həyatı canlandırmaq üçün çox işlər görülməlidir”.

Nurranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin