Qazaxıstan Moto GP üzrə yarış keçirmək istəyir

Hazırda oxunan: Qazaxıstan Moto GP üzrə yarış keçirmək istəyir

186547

MotoGP üzrə Qazaxıstan mərhələsi böyük ehtimalla bu il baş tutacaq.

Bizim.Media xəbər verir ki, Qran-pri 2024-cü ilin təqvimində var idi. Lakin onun keçirilməsi sual altında idi.

Qazaxıstan 2023-cü ildə MotoGP qran-prisini qəbul etməyi planlaşdırırdı. Lakin təşkilatçılar trassın inşasını lazım olan tələblərə uyğun başa çatdıra bilməmişdilər. Bu il də eyni təhlükə qalmışdı.

Son aylarda mərhələnin təxirə salınacağı ilə bağlı şayiələr dolaşırdı. Lakin hazırda vəziyyət dəyişib. Təftiş komissiyasının baxışından sonra yarışın baş tutma şansı xeyli artıb. Xatırladaq ki, təqvimə uyğun olaraq mərhələ iyunun 16-da keçirilməlidir.Məlumata görə, hələ də görüləsi işlər çoxdur. Lakin bu işlərin əksəriyyəti ofis və bokslarla bağlıdır. Trassın özü isə faktiki olaraq hazırdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin