“Bu il Ukrayna nəinki özünü müdafiə edəcək, həm də yeni əks-hücuma hazırlaşacaq”.
Bizim.Media xəbər verir ki, o, bu məsələ ilə bağlı fikirlərini Axel Springer-ə müsahibəsində bildirib .
Ukrayna prezidenti Vladimir Zelenski 2023-cü ilin yayında Ukrayna Silahlı Qüvvələrinin böyük əks-hücumunun əvvəldən məhvə məhkum olduğunu bildirib:
Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin planlarından əvvəlcədən xəbər tutması ilə yanaşı, prezident bəzi problemlərə görə Ukraynanın günahkar olduğunu bildirib. O, həmçinin qeyd edib ki, qoşunlar düzgün təchiz olunmayıb.
Bununla belə, Zelenski əlavə edib ki, əks-hücumun “müsbət tərəfi” də var:
"Məsələn, Qara dənizdə nə etdik. Bu, müsbət idi. Qara dənizdə alternativ taxıl dəhlizi yaratdıq və Rusiya donanmasının bir çox hissəsini məhv etdik. Bütün bunlar böyük uğurdurmu? Bir tərəfdən, yox. Digər tərəfdən, Ukrayna sağ qaldı, bu, böyük uğurdur”.
Zelenski onu da bildirib ki, artıq 2024-cü ildə Ukraynanın əks-hücum planları var və bu əks-hücum müəyyən nəticələr verməlidir.
"Əlbəttə, biz yeni əks-hücum , yeni əməliyyat hazırlayacağıq . Əlbəttə, mən demirəm ki, biz orada dayanacağıq. Bu, çox şeydən asılıdır".
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:49 / 10.04.2024
Zelenski: “Ukrayna yeni əks-hücum əməliyyatlarına hazırlaşır”
Hazırda oxunan: Zelenski: “Ukrayna yeni əks-hücum əməliyyatlarına hazırlaşır”
Hazırda oxunan: Zelenski: “Ukrayna yeni əks-hücum əməliyyatlarına hazırlaşır”
186542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.