Aİ və G7 yalnız bu halda Rusiyanın aktivlərinə qoyulan məhdudiyyətləri ləğv edəcəklər

Hazırda oxunan: Aİ və G7 yalnız bu halda Rusiyanın aktivlərinə qoyulan məhdudiyyətləri ləğv edəcəklər

186478

“Avropa İttifaqı və G7 tərəfdaşları Ukraynaya təzminat ödəməyənə qədər Rusiyanın dondurulmuş aktivlərinə qoyulan məhdudiyyətləri ləğv etməyəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirib.

Eyni zamanda o qeyd edib ki, Rusiya vəsaitlərinin istifadəsi ilə bağlı müzakirələr hələ də davam edir.
Dombrovskis bildirib ki, Aİ ölkələri tezliklə Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirin istifadəsi ilə bağlı qərar qəbul edəcəklər:

“Çünki Ukraynanın bu pula indi ehtiyacı var”.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, London və Vaşinqton Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi məsələsində əhəmiyyətli irəliləyiş əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin