Millimizin üzvü “Neftçi”dən ayrılır

Hazırda oxunan: Millimizin üzvü “Neftçi”dən ayrılır

186477

Azərbaycan millisinin üzvü Höccət Haqverdi böyük ehtimalla yeni mövsümə başqa komandada başlayacaq. 

Bizim.Media xəbər verir ki, müdafiəçinin xidmətində xarici klublar maraqlıdır. 

Məlumata görə, 31 yaşlı müdafiəçi də “Neftçi”də qalmaq niyyətində deyil və ölkə xaricində oynamağı planlaşdırır.
Onun “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Haqverdinin yeni mövsümə başqa komandada başlayacağına artıq qərar verdiyi bildirilir.

Son anda dəyişiklik olmasa, o, “Neftçi”də qalmayacaq. Azərbaycan millisinin üzvü İranda “Abumoslem”, “Zob Ahan”, “Paykan”, “Traktor”, Azərbaycanda isə “Sumqayıt” klubunun formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin