İtaliyada su elektrik stansiyasında partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “LaPresse” məlumat yayıb.
Fövqəladə hadisə Bolonyadan təxminən 70 km cənub-qərbdə yerləşən Suviana bəndində baş verib.
Məlumata görə, hadisə nəticəsində 4 işçi yaralanıb, 6 nəfər itkin düşüb
Qonşu Kamunyano şəhərinin meri Marko Masinara “İl Resto di Carlino” qəzetinə bildirib ki, partlayış turbinlərdə iş zamanı yerin dərinliklərində baş verib. O qeyd edib ki, zərərçəkənlərlə əlaqə saxlamaqda çətinliklər var.
Hadisə yerində polis və yanğınsöndürənlər işləyir.
Bizim.Media