“Qidaların geninin dəyişdirilməsi cinayətlərə səbəb olur” – Ekspertdən SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Qidaların geninin dəyişdirilməsi cinayətlərə səbəb olur” – Ekspertdən SENSASİON AÇIQLAMA

186410

Son illər ağlasığmaz cinayət hadisələri baş verir. Əvvəllər bu cinayətləri ancaq seriyalı qatillər reallaşdırırdılar. İndi isə Əhməd cinayətinə oxşar hadisələr çoxalıb. Bəzi ekspertlər hesab edir ki, geni dəyişdirilmiş məhsullar, qidalar insanlarda quduzluğa səbəb olur.

Qida texnoloqu Ağa Salamov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


O, məsələni belə izah edib:

“Azərbaycana bəzi meyvə və tərəvəzlər idxal olunur. Hansı ki, bu məhsullar geni dəyişdirilmiş ola bilər. Doğrudur, qanunvericiliyin 21-ci maddəsinə əsasən geni dəyişdirilmiş məhsulların ölkəmizə idxalı qadağandır. Ancaq “hibrid” adı altında ölkəmizə geni dəyişdirilmiş meyvə və tərəvəzlərin daxil olması çətin deyil. Laboratoriya şəraitində geni dəyişdirilmiş əqrəb genindən istifadə edirlər. Pomidorda və ya digər bir tərəvəzdə istiyə dözümlü olması üçün bu proses rellaşdırılır.

Həkimlər bunu təsdiqləyə bilər ki, bizim genlərimizi aktivləşdirmək və ya passivləşdirmək kimi funksiyamız var. Bu, qidadan da asılı olan bir məsələdir. Biz nəyi yeyiriksə, onun genini orqanizmimizdə aktiv edirik. Nəyisə yemiriksə, onun geni bizdə passiv olur. Məsələn, bir müddət banan yeməyək, onun genini söndürmüş oluruq. Ancaq ölkəyə idxal olunan məhsulların hansının GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) olduğunu deyə bilmərik. 

Köpək balığı geni ilə hazırlanmış istiyə dözümlü pomidorlar ölkəyə idxal olunursa və biz bunu yeyiriksə, təbii ki, genlərimizə təsir edir. Buda öz növbəsində gələcəkdə genlərə təsir edərək müxtəlif mutasiyalar ortaya qoya bilər.  

A.Salamov əlavə edib ki, qidaların süniləşdirilməsi insanların da geninə çox təsir edir: 

“Məsələn, otaq temperaturunda hazırlanmış kərə yağı bərk haldadır və doymuş yağ sayılır. Təbiii kərə yağı, nehrə yağı, quyruq yağı və s. Bunların da tərkibində trans yağları var, 5 faizdən yuxarı deyil. Amma bitki yağlarına hidrogeni püskürdəndə karbona tərs yapışır. Beləliklə, trans yağı meydana gəlir. Bu zaman da trans yağının faiz nisbəti daha çox olur. Bu da infarkt, insult, sonsuzluq və s. kimi  xəstəliklərə səbəb olur. Trans yağları eyni zamanda ürək qüsuru, qaraciyər piylənməsi, təzyiq kimi fəsadlara da yol açır. 

Minerallarla, vitaminlərlə zəngin olmayan bir meyvəni, yaxud da tərkibində əvəzolunmaz yağ turşuları olmayan bir yağı yeyərsək, təbii ki, aqressiv olacağıq.

Çünki orqanizm istədiyini ala bilmir. Orqanizmin istədiyi təbii minerallar, vitaminlər, faydalı karbohidratlar, yağlar, zülallardır. Amma biz süni qidalara üstünlük verəndə orqanizm aqressivləşir. Bu da insanların genetik faktorlarına təsir edir, müxtəlif cinayət hadisələri və s. ortaya çıxır. Cinayət hadisələrində tək səbəb qidalardır deyə bilmərik, müxtəlif səbəblər var. Amma qidaları da başlıca səbblərdən biri kimi qeyd edə bilərik”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin