Sözlərin tükəndiyi anda “dil açan” heykəllər – FOTOREPORTAJ 

Hazırda oxunan: Sözlərin tükəndiyi anda “dil açan” heykəllər – FOTOREPORTAJ 

186381

Sahəsindən asılı olmayaraq, yaradıcılıq bacarığı hər kəsin sahib olmadığı nemətdir. Yalnız seçilmiş insanları yaratmağı, özündən sonra da iz qoymağı bacarırlar. 

Həmin şəxslərdən biri də reportajımızın qəhrəmanı Fərid Məmmədovdur. 

Bizim.Media xəbər verir ki, 1996-cı ildə Gəncədə anadan olan Fərid 22 ildir heykəltaraşlıqla məşğul olur. 

Vətən müharibəsi başlayanda universitetdə təhsilini dayandırıb könüllü şəkildə döyüşlərə yollanıb. Deyir ki, müharibədə çox travmalar yaşasa da, bu durumun sənətinə köməyi də olub. 

Müsahibimiz heykəllərini əsasən gildən və plastilindən hazırlayır. Heykəltaraşlığa sənət kimi baxdığını deyən gənc sənətkar əlavə edir: “əgər buna iş kimi baxsam, sənətkardan alverçiyə çevriləcəm”.


Heykəltəraş əsərlərində sözlə ifadə etməyin çətin olduğu, ancaq vizual olaraq göstərilə bilən mövzulara üstünlük verir. Onun əsas ilham qaynağı insanlar, yaşayış, həyat və kütlə kimi anlayışlardan ibarətdir.

Detallara böyük önəm verdiyini qeyd edən sənətçi düşüncələrində yaratdığı obrazı heykəl halına gətirərkən çətinlik yaşadığını deyir.

Heykəltəraş heykəllərin qiymətlərinin dəyişiklik göstərdiyini bildirir. Ancaq indiyə kimi satdığı ən bahalı heykəli 6000 manat civarında olub.


































Leyla Qəhrəmanova, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin