“Bütövlükdə xoşbəxt insan yoxdur. Bu mümkün olan bir məsələ deyil. Yalnız dəlilər hər an hər saat və hər gün xoşbəxt ola bilər. Sağlam, şüurlu insanların xoşbəxt anları olur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Xoşbəxt olmağa zamanı olmadığını söyləyən sənətçi bildirib ki, bu hissi övladlarının yanında olarkən keçirir:
“İllər sonra dərk edib, başa düşdüm ki, yalnız övladlarımla xoşbəxt ola bilirəm. Başqa cür bacarmıram. Onların üzləri güləndə o qədər xoşbəxt oluram ki... Onlar yaxşıdılarsa mən də yaxşıyam. Mənim xoşbət olmağa vaxtım olmadı. Özümü uşaqlarıma fəda etdim. Ömrümü onlara həsr etdim. Uşaqlarımla qürur duyuram”.
Qeyd edək ki, K.Kərimovanın iki övladı var - Rəşad və Ləman. Ləman ailəlidir, bir qızı var. Rəşad isə subaydır. Uzun müddətdir ki, Könül oğlunu evləndirmək istəyir, lakin ona uyğun xanım tapa bilmədiyini söyləyib.
- A-
- A
- A+
Şoutaym
11:46 / 09.04.2024
Könül Kərimova: “Xoşbəxt olmağa zamanım olmadı” – VİDEO
Hazırda oxunan: Könül Kərimova: “Xoşbəxt olmağa zamanım olmadı” – VİDEO
Hazırda oxunan: Könül Kərimova: “Xoşbəxt olmağa zamanım olmadı” – VİDEO
186365
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.