Xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Nazir Kompleksin önünə əklil qoyub.
Azərbaycan nümayəndə heyəti Qırğızıstanın suverenliyi uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla yad edib.
Səfər çərçivəsində görkəmli qırğız yazıçısı, Azərbaycanın böyük dostu Çingiz Aytmatovun məzarı da ziyarət edilib, üzərinə gül dəstələri qoyub.
Within my visit to Ata-Beyit Memorial we paid a tribute to the great Kyrgyz writer Chingiz Aitmatov.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) April 9, 2024
He left a prominent legacy not only in Kyrgyz culture & history, but also was a beloved person in Azerbaijan. pic.twitter.com/kPIZVGik4l
Bizim.Media