Millimizin üzvü Ukraynada növbəti qolunu vurdu

Hazırda oxunan: Millimizin üzvü Ukraynada növbəti qolunu vurdu

186306

Futbol üzrə Ukrayna Premyer Liqasında 23-cü turun görüşləri keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Emil Mustafayevin formasını geyindiyi "Polesye" səfərdə "Minay"ın qonağı olub. 

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Emil Mustafayev də bu oyunun iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 59-cu dəqiqədə komandasının 3-cü qolunu vurub.

Xallarını 36-ya yüksəldən "Polesye" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin