Rusiya-Fransa gərginliyi PİK HƏDDƏ – “Crocus”a hücumu Makron MALİYYƏLƏŞDİRİB?

Hazırda oxunan: Rusiya-Fransa gərginliyi PİK HƏDDƏ – “Crocus”a hücumu Makron MALİYYƏLƏŞDİRİB?

186243

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Moskva yaxınlığındakı “Crocus City Hall”a hücumun Fransa Prezidenti Emmanuel Makron tərəfindən maliyyələşdirildiyini elan edib. O, verdiyi açıqlamada terror hücumunu maliyyələşdirməkdə açıq şəkildə məhz Fransa Prezidentini ittiham edir. 

Medvedevin bu açıqlamasının nə dərəcədə real olduğunu demək çətindir.

Amma bir sıra digər böyük dövlətlər kimi Fransanın da öz maraqlarının təmin olunduğu an və məkanlarda terrora və terrorçu dəstələrə dəstək verdiyi heç kimə sirr deyil. Parisin terror yuvası olan Ermənistana dəstək verməkdə davam etməsi bunun əyani sübutudur.
 

MÖVZU İLƏ BAĞLI:

"Crocus"a hücum edən şəxs: "Kiyevdə hər birimizə 1 milyon rubl verəcəkdilər" - VİDEO 


Onu da qeyd edək ki, indilikdə Ukrayna məsələsilə əlaqədar Fransa ilə Rusiya arasında münasibətlər olduqca gərgindir. Belə bir anda Medvedevin verdiyi həmin açıqlama istər-istəməz bu gərginliyə yeni çalarlar qatacaq.

Görəsən, Medvedyevin Makrona yönəlik sözügedən açıqlamasından sonra nə baş verəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Medvedevin Makronla bağlı səsləndirdiyi fikirlər Rusiya ilə Qərb arasında toqquşmanın qarşıdakı dövrdə keyfiyyətcə yeni mərhələyə keçəcəyindən xəbər verir: 

“Göründüyü kimi, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev “Crocus”da baş verən hadisələrlə bağlı birbaşa olaraq Fransa Prezidenti Makronu hədəfə alıb. Məlum hadisəni Rusiya dövlət qurumları terror hadisəsi kimi qiymətləndiriblər. 

Belə olan halda, onun diplomatik dildən adi məişət dilinə tərcüməsi ondan ibarətdir ki, Medvedev Makronu terrorçu adlandırır. Dünya praktikasında bu anoloqu olmayan hadisədir. Bir dövlətin başçısının belə vurulması iki ölkə arasında münasibətlərin ən aşağı və olduqca kritik səviyyədə olmasının göstəricisidir. 

Həmin hal onu göstərir ki, Rusiya ilə Qərb, xüsusən də Moskva ilə ABŞ və Fransa arasında bütün körpülər artıq yandırılıb.

Rəsmi şəxslər başqa bir dövlətin rəsmilərinə qarşı müəyyən ifadələr işlədərkən onun məsuliyyətinə belə varmırlar. Bu zaman beynəlxalq hüquq və prinsiplər ayaq altına atılıb tapdalanır. Medvedev hər bir dövlət başçısı haqqında belə sözlər işlədə bilməz. 

Makronun yeritdiyi siyasət və onun avantürist bəyanatları, NATO qüvvələrinin Ukraynaya göndərilməsi təklifləri və açıq mətnlə Ermənistandakı revanşizmi müdafiə etməsi, Qarabağda növbəti müharibənin başlanmasına cəhdlər etməsi, İrəvanı silahlandırması kimi məsələlər, görünür, öz rolunu oynamayıb. Makronun dünya və ölkəsindəki nüfuzunun kəskin şəkildə aşağı olması da görünür, Medvedyevə belə hərəkət azadlığı verib.
Bütün bunlar onu göstərir ki, Rusiya ilə Qərb arasında toqquşma qarşıda keyfiyyətcə yeni mərhələyə keçəcək”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin