Uels milli komandasının baş məşqçisi Rayan Giqqz həbs olunub.
Bizim.Media Rusiya KİV-nə istinadən məlumat verir ki, R. Giqqz zorakılıqda ittiham olunur.
Britaniya polisini Giqqzin sevgilisi Keyt Qrevill çağırıb. O, sabiq futbolçu tərəfindən döyüldüyünü iddia edib.
Qeyd edək ki, bu, Giqqzin ilk qalmaqalı deyil. İki il öncə onun öz xanımına qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üzə çıxmışdı.
Bizim.Media